Dünyanın bir nömrəli terroru: 11 sentyabrdan 17 il keçdi

Terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsinin Nyu-Yorkda ticarət mərkəzi binalarına çırpılması nəticəsində 3 minə yaxın insan həyatını itirmişdi.
Sputnik

BAKI, 11 sen — Sputnik. Bu gün 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında baş verən terror aktından 17 il ötür. Qlobal terrorun sivil insanları məhv etdiyi ən böyük hadisələrdən olan 11 sentyabr hadisəsi bütün dünyada təhlükəsizlik qaydalarını ağırlaşdırdı.

Terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsinin Nyu Yorkda ticarət mərkəzi binalarına çırpılması nəticəsində 3 minə yaxın insan həyatını itirmişdi.

Hücumlara görə məsuliyyəti Əl-Qaidə terror təşkilatı öz üzərinə götürmüşdü.

Həmin hadisədən bir ay sonra Amerika Birləşmiş Ştatları Əfqanıstanı işğal etdi. Çünki 11 sentyabr hadisələrinin səbəbkarı terror təşkilatı Əl-Qaidanın o zamankı lideri Usame bin Ladin idi və o, Əfqanıstanda gizlənirdi.