MƏDƏNİYYƏT

Nazirlər Kabinetindən gözlənilməz qərar

Baş nazirin birinci müavini Yaqub Eyyubov mühüm qərara imza atıb
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. Sputnik Azərbaycan NK-nın rəsmi saytına istinadən xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubov bu qərarı imzalayıb.

Yeni qərarla "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"ndan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin adı çıxarılıb və Turizm Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.