RUSİYA

Nazir ruslara dollardan imtina etməyi məsləhət gördü

Rusiya İqtisadi İnkişaf Nazirliyini makroiqtisadi tarazlığın tədricən bərpa olunmasını proqnozlaşdırır.
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Dollarları satıb, rubl almaq vaxtı çatıb. Sputnik Azərbaycan "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Şərqi İqtisadi Forum zamanı "Business FM"-ə müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

Nazirin fikrincə ortamüddətli perspektivdə bir dolların məzənnəsi 63-64 rubl civarında sabitləşəcək.

Qeyd edək sentyabrın 10- Rusiyada bir dolların məzənnəsi 70 rubl həddini keçib.

"Bizim yayın əvvəlində verdiyimiz proqnoz var idi və indi biz avqustun sonu sentyabrın əvvəlində büdcə proseslərini nəzərə alaraq proqnozumuzu yenilədik. Biz yalnız yaxın 6-12 ay üçün dinamikanı dəyişdik", — deyə Oreşkin bildirib.

Nazir vurğulayıb ki, yaxın vaxtda dolların məzənnəsi ilə bağlı vəziyyət öz pik həddinə yüksələcək və tezliklə də vəziyyət əvvəlki səviyyə qayıdacaq.

Rusiya İqtisadi İnkişaf Nazirliyini makroiqtisadi tarazlığa tədricən bərpa olunmasını proqnozlaşdırır. Eyni zamanda üzən məzənnə ilə bağlı qısamüddətli valyuta axını və bazarda əhval ruhiyyə ilə bağlı məzənnədə ciddi dəyişikliklər ola bilər.