Məşhur müğənninin FETÖ ilə başı dərddə - VİDEO

O, klipin ssenarisinin özü tərəfindən deyil, rejissor tərəfindən hazırlandığını vurğulayıb
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Türkiyəli tanınmış müğənni Mabel Matizin "Ya Bu İşler Ne" adlı klipində "1 dollar" istifadə edərək FETÖ terror təşkilatına dəstək verdiyi iddia edilib. Sputnik Türkiyə xəbər verir ki, Matiz bununla bağlı İstanbul Ədliyyəsinə gələrək ifadə edib.

Məlumata əsasən, Matiz "Ya Bu İşler Ne" klipində cibindən bir dollarlıq əskinaslar çıxararaq ətrafa səpələyir. Bir vətəndaş Mabelin terror təşkilatına dəstək olaraq 1 dollar istifadə etdiyini bildirərək polisə müraciət edib.

İstanbul Baş Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. İfadə verən Matiz klipin ssenarisinin özü tərəfindən deyil, rejissor tərəfindən hazırlandığını vurğulayıb.

Matiz, həmçinin məqsədinin FETÖ-yə dəskək vermək olmadığını bildirib. Hazırda istintaq davam edir.