Kilsədə xaç qəfil yanmağa başlayıb

Hadisə şahidləri yanan xaçı telefonun kameralarına həkk ediblər
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Çində qəribə hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində kilsə binasının üzərindəki xaç qəfil yanmağa başlayıb.

Hadisə şahidləri yanan xaçı telefonun kameralarına həkk ediblər. Kilsədə işləyənlər xaçın yanma səbəbini bilmədiklərini deyiblər və mütəxəsislərdən hadisənin səbəbini araşdırmağı istəyiblər. Hadisə ilə bağlı araşdırma başlanıb.