BAKI, 11 sentyabr — Sputnik. 1-2 mart 2008-ci il tarixlərində Yerevanda etirazçılara qarşı olan fəaliyyətlərinə görə hərbçilər pul alıblar. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan bildirib.
Xaçatryan əlavə edib ki, bu işə "tam məxfi" qrifi ilə 2008-ci ilin fevralında 0038 nömrəli əmrə daxil edilib. Məlum olub ki, əmrin icra edilməsi üçün mobil hərbi qruplar yaradılıb: "Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkillərinin sözlərinə görə, bu qruplar müdafiə nazirlərinin müavinləri Qaqik Melkonyan və Manvel Qriqoryanın ordunu siyasətə qatmaması üçün yaradılıb. Bu cür əsaslandırmalar qeyri-ciddidir".
O, həmçinin əlavə edib ki, 23 fevraldan 8 marta qədər Qarabağdan Yerevana gətirilən hərbçilərə pul paylanılıb: "Hərbçilərin adları, onların imza və onlar verilən pulları göstərən jurnal budur".
Onlara pul siyasətçi və böyük sahibkarların hesablarından ödənilib. Gələcəkdə bu şəxslərin də adları açıqlayanacaq.
İstintaq, həmçinin müəyyənləşdirib ki, daxili qoşunların əsgəri Tiqran Abqaryan xüsusi təyinatlının açdığı atəş nəticəsində qətlə yetirilib. Bu fakta dair sübutlar var. Qətl nümayişçilərlə kütləvi qarşıdurmaya qədər törədilib. Bu qətli ordunun mitinqi dağıtmasına haqq qazandırmaq üçün törədildiyinə dair ehtimallar var. Mitinqin dağıdılmasına oliqarxların cangüdənləri də cəlb olunub. Onların hərbçilərdən fərqlənməməsi üçün gülləkeçməz jiletlər paylanılıb.
Qeyd edək ki, eks-prezident Robert Koçaryan 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılmasına əmr verməkdə ittiham olunub. Ona qarşı 10 nəfərin ölümünə səbəb olan aksiyalarla əlaqədar bir qrup şəxslə əlbir olaraq konstitusiya quruluşunu devirmək barədə ittiham irəli sürülüb.