Daha bir marşrut xəttində dəyişiklik edilib

Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. 7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək.

Qeyd edək ki, hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.