İQTİSADİYYAT

Azərbaycan–Çexiya biznes forumu keçiriləcək

Foruma müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 12-də Bakıda Azərbaycan–Çexiya biznes forumu keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AİİTF) məlumat verilib.

AİİTF-dən verilən məlumata görə, foruma Çex Respublikası iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.