Türkiyədə azərbaycanlılar ağır qəzaya düçar olublar

Xəsarət alanlar Girəsun xəstəxanasına çatdırılıb
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Dünən Türkiyənin Girəsun şəhərində ağır yol qəzası baş verib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, qəza zamanı 5 nəfər yaralanıb.

Məlumata görə, Qaradəniz sahil yolunda Hüseyin Naki Birincinin idarə etdiyi 61 JA 475 dövlət nömrə nişanlı avtomobil, işıqforun qırmızı işığında gözləyən Mühərrəm Özbayrağın idarə etdiyi 61 TR 913 dövlət nömrə nişanlı və İsmayıl Akifin idarə etdiyi 90 VV 853 dövlət nömrə nişanlı avtomobili arxadan vurub.

Xəsarət alanlar Girəsun xəstəxanasına çatdırılıb. Qəza zamanı xəsarət alanlardan İsmayıl Akif və Şəhriyar Akifin azərbaycanlı olduqları bildirilir. Ş.Akifin vəziyyətinin ağır olduğu qeyd olunur.