Azərbaycanın inzibati-ərazi bölgüsünün dəyişdirildiyi gün

79 il əvvəl Haciqabul qəsəbəsi Qazıməmməd adlandırılaraq eyniadlı rayonun mərkəzi olub
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. 1939-cu il sentyabrın 10-da Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. 

Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd adlandırılaraq eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb.