BAKI, 10 sentyabr — Sputnik. "Taliban" yaraqlılarının ölkənin şimalında yerləşən nəzarət-keçid məntəqəsinə etdiyim hücum nəticəsində Əfqanıstan polisinin ən azı 14 əməkdaşı həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli "1TV" kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, insident ötən gecə Samanqan vilayətində baş verib. Vilayətin qubernatorunun köməkçisi Seddik Azizi bildirib ki, hücum nəticəsində daha altı polis əməkdaşı yaralanıb.
O, həmçinin əlavə edib ki, qarşıdurma nəticəsində 3 terrorçu öldürülüb, daha 4 yaraqlı yaralanıb.