HADİSƏ

Azərbaycanın axtardığı separatçı Rusiyada tutuldu

Fəxrəddin Abbasov 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub və qondarma "Talış Muğan Respublikası"nın "parlament spikeri" olub
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsinin təmin edilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Xatırladaq ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub və qondarma "Talış Muğan Respublikası"nın "parlament spikeri" olub. 1994-cü ildə Azərbaycanı tərk edib və 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurumlarına müraciət etsə də, onun ərizəsinə baxılmayıb.