Azərbaycan və Türkiyə qırıcıları birgə əməliyyatları davam etdirir – VİDEO

Döyüş təyyarələri havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirir
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. "TURAZ Şahini — 2018" birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.

Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən "TURAZ Şahini — 2018" birgə taktiki-uçuş təlimləri başlayıb.