ABŞ səksəkədə, dəhşət yaxınlaşır

Qasırğanın Corciya əyalətinə də təsir edəcəyi bildirilir
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. ABŞ-da yeni bir qasırğanın olacağı proqnozu verilib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Atlantik Okeanında "Florence" adlı fırtınanın gücünün artaraq qasırğaya çevrilib, ABŞ-ın şərqini vuracağı gözlənilir.

Məlumata görə, hazırda Atlantik Okeanın 2414 kilometrliyində olan "Florcense" fırtınası artıq I dərəcəli qasırğaya çevrilib.

Qasırğa səbəbilə ölkənin şərqində olan Virciniya, Şimali Koralina, Cənubi Koralinanın əyalət rəhbərləri fövqəladə vəziyyət elan edib. Qasırğanın Corciya əyalətinə də təsir edəcəyi bildirilir.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, ABŞ-ın şərqində bütün ərazilər, xüsusilə Şimali Floridadan, Şimali Karolinaya qədər olan ərazilər qasırğanın yaxınlaşmasını diqqətdə saxlanılmalı, bölgə sakinləri qasırğa planlarını hazır saxlamalı və yerli rəhbərliyin xəbərdarlıqlarına riayət etməlidirlər.