BAKI, 9 sentyabr — Sputnik. ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcı təyyarələri ötən gün fosforlu bombalarla Suriyanın Deyr-əz-Zor əyalətinə zərbələr endirib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-leytenant Vladimir Savçenko bildirib. Qeyd edib ki, zərbələr Hacin yaşayış məntəqəsinə endirilib və nəticədə güclü yanğın baş verib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, bu silahların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilib.