BAKI, 8 sentyabr — Sputnik. İtalıyanın vergi xidməti Çiççolina kimi tanınan keçmiş pornoulduz və parlamentin keçmiş üzvü İlona Stallerin deputat təqaüdünü əngəlləyib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkili Luka Di Karlo məlumat verib.
Hüquqşünasın sözlərinə görə, 66 yaşlı keçmiş pornoulduzun təqaüdü qanunsuz şəkildə vergi orqanları tərəfindən dondurulub. Yerli KİV-in məlumatına görə, Staller 100 min avro vergi borcunu ödəmədiyi üçün təqaüdü dondurulub.
"Keçmiş deputatlara ayrılan ömürlük təqaüd borca görə müsadirə edilə bilməz. Qanun çərçivəsi var. Bu halda bank və parlament adminsitrasiyası ciddi məsuliyyət daşıyır" — deyə Di Karlo bildirib.
İtaliya vergi orqanalrı vəkilin açıqlamasını təkzib ediblər. Ancaq Staller prokurorluğa müraciət etmək niyyətindədir.
Staller 1951-ci ildə Budapeştdə doğulub. Ancaq pornobiznes karyerasına İtaliyada başlayıb. 1972-ci ildə İtaliya vətəndaşlığı alıb. 1987-ci ildə Deputatlar palatasına seçilib.