Suriyalılar yenə Türkiyəyə axışır, beton hasarlar da kömək etmir - VİDEO

Türkiyə qaçqın axınının qarşısını almaq üçün sərhəddə eni 2, hündürlüyü 3 metrə çatan beton divarlar qurub
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Suriyada davam edən hərbi əməliyyatlar bu ölkədən Türkiyəyə qaçqın axının gücləndirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin iki ölkə arasında hördüyü beton divarlar belə, suriyalı qaçqınların qarşısını ala bilmir. İnsanlar beton divarı aşmaq üçün bütün təhlükələrə baxmadan nərdivanlardan istifadə edirlər.

Türkiyə qaçqın axınının qarşısını almaq üçün sərhəddə eni 2, hündürlüyü 3 metrə çatan beton divarlar qurub. Hər beton blokunun ağırlığı 7 tona çatır. Nəzərdə tutulub ki, beton divarların üzərində tikanlı məftil çəkiləcək, müəyyən məsafələrdə kameralar quraşdırılacaq. Amma hələlik tikanlı məftillər çəkilmədiyindən, qaçqınlar ölkəyə daxil ola bilirlər.

Qeyd edək ki, iyunun 23-də Altınözü ilçəsi sərhədindən Türkiyəyə girən, İŞİD üzvü olan 5 terrorçu kamikadze də eyni yoldan istifadə ediblər.