RUSİYA

Rusiya prezidentinin köməkçisi Putin-Paşinyan danışıqlarına aydınlıq gətirdi

Həm bizim, həm də Ermənistan tərəfinin xeyli sayda sualları toplanıb.
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlara aparacaq. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, görüş zamanı ikitərəfli əlaqələrin geniş spektri üzrə "açıq və ciddi danışıqlar" aparacaq.

"Həm bizim, həm də Ermənistan tərəfinin xeyli sayda sualları toplanıb. Ona görə də biz həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar – Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dair bütün məsələlər üzrə açıq, ciddi danışıqların həyata keçiriləcəyini gözləyirik", — deyə Uşakov qeyd edib.