BAKI, 8 sentyabr — Sputnik. “Google”un mühəndisləri saytların identifikasiyası üçün URL-ünvanlardan imtina etməyə imkan verən yeni üsullar hazırlayır.
AZƏRTAC xəbər verir ki, şirkətin nümayəndələrinin fikrincə URL-ünvanın indiki formatı köhnəlib. Bundan başqa, URL-ünvanlar təhlükəli ola bilər, çünki əksər smartfonlarda onlar tam göstərilmir ki, bu da hakerlərə saytların ünvanını dəyişdirməyə imkan verir. “Google” öz yeni həllini payızda, yaxud 2019-cu ilin əvvəlində nümayiş etdirəcək.
Hazırda “Google Chrome” brauzeri təxminən 2 milyard dəfə yüklənilib, bu halda 1 milyard nəfər hər ay brauzerdən istifadə edir.
“Statcounter”in məlumatına görə, cari ilin avqustunda dünyada “Google” axtarış sisteminin payı 59,69 faiz olub.