"Twitter" Trampa xəbərdarlıq etdi

Qadde Trampın ABŞ prezidenti olmasının belə, ona kömək etməyəcəyini vurğulayıb
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. "Twitter"in idarəçilərindən biri olan Vijaya Qadde ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Vijaya Qadde deyib ki, Tramp diqqətli olmazsa, onun 54 milyona yaxınlaşan "Twitter" hesabı bağlanacaq. Onun fikrincə, Tramp "Twitter"də çox sərt fikirli statuslar paylaşır. Bu da ona problem yarada bilər.

Qadde Trampın ABŞ prezidenti olmasının belə, ona kömək etməyəcəyini vurğulayıb.

Tramp bir neçə gün öncə vaxtilə Ağ Evdə işləmiş qaradərili Omaraso Manigalt haqqında "Twitter"-də sərt status paylaşıb. ABŞ prezidenti ona manyak və it deyib. "Twitter" istifadəçiləri bu statusdan sonra Trampa qarşı kampaniyaya başlayıblar və onun "Twitter"-nin bağlanmasını tələb ediblər.