HADİSƏ

Daha bir zəlzələ oldu

Hadisə sentyabrın 7-ə keçən gecə qeydə alınıb
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Egey dənizində zəlzələ baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 7-nə keçən gecə, saat 02:53 radələrində baş verib.

Hadisə Egey dənizinin Türkiyə sahillərinə yaxın, Qaraburun açıqlığında 4.2 bal gücündə qeydə alınıb. Türkiyəli mütəxəssislər təbiət hadisəsinin yerin 7 kilometr dərinliyində baş verdiyini bildirirlər.