BAKI, 7 sentyabr — Sputnik. İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü başlayıb.
Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üç ölkənin prezidentləri — Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə edəcəklər.
Bundan əlavə, liderlər İŞİD, PKK/PYD-YPG mövzularına da toxunacaqlar.
Zirvə görüşündən öncə Vladimir Putin – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin – Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan – Həsən Ruhani ikitərəfli görüşləri keçirilib.