HADİSƏ

Meriya Binəqədiyə "əl gəzdirdi"

Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yaradılmış xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin ətrafında qanunsuz tikililər sökülüb.

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-dən məlumat verilib. Bildirilib ki, ərazidə araşdırmalar aparılıb və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb.

1 / 6
Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü
2 / 6
Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü
3 / 6
Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü
4 / 6
Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü
5 / 6
Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü
6 / 6
Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib.

Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.