BAKI, 7 sentyabr — Sputnik. İran parlamentinin sədri Əli Laricani sabah Tehranda keçiriləcək üçlü zirvə ilə bağlı vacib bir bəyanat verib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, o, İdlib məsələsində İran, Türkiyə və Rusiyanın anlaşacağına inandığını deyib: "Sabah Türkiyə, Rusiya və İranın İdlib ilə bağlı yekun razılığa gələcəyini ümid edirəm".
Qeyd edək ki, sabah Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin görüşü olacaq. Ərdoğan üçlü zirvəyə əhatəli bir Suriya dosyesi ilə gedir.
Sammitdə Suriya məsələsinin bütün detallarının müzakirə edilməsi gözlənilir.
Qeyd edək ki, İdlib məsələsində Türkiyənin mövqeyi Rusiya və İranın mövqeyi ilə üst-üstə düşmür.