İran konsulluğu yandırıldı

Nümayişçilər Bəsrə valiliyinin binasını da yandırıblar
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. İranın İraqın Bəsrə şəhərindəki Baş Konsulluğu nümayişçilər darmadağın edilib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, yüzlərlə nümayişçi diplomatik korpusun binasını ələ keçirərək od vurublar.

Xəbərdə vurğulanıb ki, bu gün 20 min nəfər sosial problemlərə etiraz olaraq küçələrə axışaraq Bəsrə valiliyinin binasını da yandırıblar.

Məlumat hələlik rəsmi şəkildə təsdiq olunmayıb.