CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su Polisi vətəndaşlara xəbərdarlıq etdi: Sərt tədbirlər görüləcək

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Su Nəqliyyatında Polis İdarəsi qanunsuz balıq ovu və bəzi qanun pozuntuları ilə bağlı reydlərə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb. Su Nəqliyyatında Polis İdarəsinin rəsmi açıqlamasında qeyd olunur ki, qanunu pozanlara qarşı Azərbaycan Respublikasının (AR) Cinayət Məcəlləsi (CM) ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. Su Polisi vətəndaşları əhalini xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir.

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib. Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb.