Əsgərlərimizin psixoloji vəziyyəti yoxlanılır

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi tədbirləri keçirilib
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların iştirakı ilə psixoloji işin təşkilinə dair tədbirlər keçirilib.

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi tədbirləri keçirilib

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Hərbi hissələrin psixoloqları ilə "Hərbi qulluqçunun fərdi — psixoloji xüsusiyyətlərinin öyrənilməsi" mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılan və döyüş növbətçiliyinə yeni cəlb olunan hərbi qulluqçuların uyğunlaşma dövrünə xüsusi diqqətin yetirilməsi qeyd olunub, eləcə də hərbçilərə fərdi- psixoloji işə dair təlimat və tövsiyələr verilib.

Bundan əlavə, "Hərbi hissələrdə psixoloji işin təşkili və aparılması", "Hərbi kollektivlərdə sosial psixoloji proseslərin öyrənilməsi" və "Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu" mövzularında seminar məşğələlər keçirilib.