Tətildə hansı ölkəni seçmək lazımdır?

2017-ci ildə Fransanı 86,9 milyon turist ziyarət edib
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Ümumdünya Turizm Təşkilatı ən çox ziyarət edilən ölkələrin siyahısını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, siyahıda ilk yeri Fransa tutub.

Məlumata görə, 2017-ci ildə Fransanı 86,9 milyon turist ziyarət edib. İkinci yerdə İspaniya qərarlaşıb. Bu ölkəni 81,8 milyon turist ziyarət edib. Siyahıda üçüncü yerdə ABŞ qərar tutub. 2017-ci ildə ABŞ-a 75,9 milyon insan gedib.

Bundan əlavə, ÜTT Misiri ən sürətlə inkişaf edən turizm ölkəsi kimi qeydə alıb. Belə ki, 2017-ci ildə Misirə 2016-cı ildən 55,1 faiz çox xarici ziyarətçi gəlib. Onların ümumi sayı 8.6 milyon nəfər olub. Misirin ən çox ziyarət edilən şəhərləri Luxor və Giza olub. Bu sıralamada ikinci yeri Afrika ölkəsi — Toqo, üçüncü yeri isə Vyetnam tutub.