"Azərsu" yenə vətəndaşlara xəbərdarlıq edir

Su təchizatı infrastrukturunun yenidən qurulması həyata keçirilir
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Bu gün Bakı şəhəri Babək prospektində su məhdudiyyətlə veriləcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində köhnə xətlərin ləğv edilməsi ilə əlaqədar 07 sentyabr 2018-ci il tarixində gün ərzində Babək prospekti boyu ərazilərin bir hissəsinə və Nəcəfqulu Rəfiyev küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.