ABŞ Bəşər Əsədə və onunla əməkdaşlıq edənlərə qarşı radikal addım atıb

Onların Birləşmiş Ştatlarda yerləşən bütün əmlakları dondurulacaq və amerikalılarla ticarət əlaqələri qadağan ediləcək
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. ABŞ hökuməti Bəşər Əsəd hakimiyyəti ilə İŞİD-ə neft və silah satan "Qatirji Company" şirkətinə və onun sahibinə sanksiya tətbiq edib.

Sputnik Azərbaycan "Haberturk"a istinadla xəbər verir ki, bundan başqa, ABŞ Maliyyə Nazirliyi Suriya rejiminə neft və qaz satan daha iki fiziki şəxsə və üç şirkətə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Sanksiyalar çərçivəsində bu şəxs və qurumların ABŞ-da yerləşən bütün əmlakları dondurulacaq, amerikalılarla ticarət əlaqələri də qadağan ediləcək.