BAKI, 6 sentyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriya sərhədində xüsusi təyinatlı qüvvələr göndərilib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyədə müxtəlif bölgələrdən zirehli vasitələr ilə göndərilən xüsusi təyinatlılar Hatay vilayətinin Reyhanlı rayonuna çatıblar.
Digər tərəfdən, Suriya sərhədinə 4 metr hündürlüyündə və 12 ton ağırlığında güllə keçirməyən beton bloklar gətirilib.