Şengen ölkələri üçün sərt qərar qəbul olunub

Yeni qərara əsasən, səyahət icazəsi 3 il müddətində keçərli olacaq
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Avropa İttifaqı (Aİ) 26 ölkədən ibarət olan Şengen bölgəsi haqqında yeni dəyişiklikləri qəbul edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yeni qərara görə bir-birilərinə qarşılıqlı səfərlərdə viza tələb olunmayan həmin 26 ölkənin vətəndaşları bundan sonra xüsusi səyahət icazəsi almalı olacaqlar.

Rusiya və Türkiyə arasında viza rejimi asanlaşdırılacaq

Qərar qüvvəyə mindikdən sonra Şengen daxilində vizasız səyahət edən hər kəs səyahət icazəsi üçün 7 avro ödəyərək qeydiyyatdan keçməli olacaq. Onlar şəxsi məlumatlarını, səyahət sənədləri, yaşayış yerlərini, əlaqə vasitələrini, əvvəllər cinayət törədib-törətmədikləri haqda məlumatları təqdim edəcəklər. Sistemə daxil edilən məlumatlar Ümumavropa təhlükəsizlik məlumat bazası ilə müqayisə ediləcək.

2021-ci ildə qüvvəyə minəcəyi gözlənilən qərara əsasən, səyahət icazəsi 3 il müddətində keçərli olacaq.

Qeyd edək ki, Şengen bölgəsi 26 Avropa ölkəsindən ibarətdir: Belçika, Avstriya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Latviya, Lüksemburq, Malta, Hollandiya, İsveç, İsveçrə, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, Lixtenşteyn.