Mətbuat mərkəzi

SputnikPro: Rusiyalı fotojurnalist qaynar nöqtələrdə iş barəsində danışıb

Rusiyanın məşhur fotojurnalisti Vladimir Vyatkin: "Fotoqraflar və jurnalistlər başlarını 360 dərəcə döndərməlidirlər"
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Silahlı qarşıdurma şəraitində hərbçiləri və mülki əhalini çəkmək mənəvi cəhətdən çətindir. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "SputnikPro" təlim proqramı çərçivəsində keçirilən master-klassda Rusiyanın məşhur fotojurnalisti Vladimir Vyatkin deyib.

Vyatkin qeyd edib ki, fotojurnalistin baş verən hadisəni qaçırmamaq, eləcə də təhlükəsizliyə riayət etmək məqsədilə tematik məsafəni gözləməsi vacibdir. Onun sözünə görə, fotoqrafın işi münaqişəni və kontrastı əks etdirməkdən ibarətdir. Fotojurnalist hesab edir ki, bu gün fotoçəkilişlər üçün orijinal mövzu tapmaq çox çətindir.

Bütün bunlarla yanaşı, master-klassı aparan şəxs deyib ki, müasir fotoqraf öz işində fəlsəfə, hüquqşünaslıq, ədəbiyyat və digər sahələrdəki bilikləri sintez etməyi bacarmalıdır.

Həmçinin fotomüxbirlər və yazan jurnalistlər müxtəlif fikirlərə diqqət yetirməli və onu əhatə etməlidirlər.

"Fotoqraflar və jurnalistlər başlarını 360 dərəcə döndərməlidirlər" — Vyatkin deyib.

"SputnikPro" təlim layihəsi çərçivəsində layvstriminqin (canlı on-line yayım) imkanları haqqında RUPTLY video agentliyinin MDB üzrə rəsmi nümayəndəsi İndira Jarova məlumat verib.