HADİSƏ

Kürdə batan gəncin meyiti 8 gün sonra tapıldı

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışlarını aparan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkarlayıblar.

Sputnik Azərbaycan-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sonradan məlum olub ki, meyit Elxan Quliyevə məxsusdur.

Meyit gəncin ailəsinə təhvil veriləcək.

Xatırladaq ki,  E.Quliyev bu il avqustun 29-da suda çimərkən batıb.