BAKI, 6 sentyabr — Sputnik. Sakit okeanda, Fici adaları sahillərində 8,1 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, zəlzələ yerli vaxtla 03:49-da baş verib.
Qeyd olunur ki, zəlzələ ocağının dərinliyi 670 kilometr olub. Yeraltı təkanların episentri Fici paytaxtından 115 kilometr aralıda qeydə alınıb.
Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.