Zarafata görə 5 illik həbsxanaya düşə bilərsiniz

2012-ci ildə bu ölkədə "Səudiyyə Ərəbistanının liberal şəbəkəsi" saytının qurucusu Raif Bədəvi din xadimlərinin və dini polisin tənqidinə görə həbs edilib
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Dini mövzularda zarafatlar Səudiyyə Ərəbistanında 5 illik həbs cəzası ilə sonuclana bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, krallığın prokurorluğu Twitter-də belə bir bəyanatla çıxış edib.

"Sosial şəbəkələrdə ictimai asayişin, dini dəyərlərin və əxlaq normalarının sarsıdılması yönəlmiş kontentin yaradılması və yayılması kibercinayət kimi qiymətləndiriləcək", — bəyanatda deyilir.

Təqsirkarları 5 illik həbs cəzası və ya 1 milyon dollar məbləğində cərimə gözləyir.

2012-ci ildə bu ölkədə "Səudiyyə Ərəbistanının liberal şəbəkəsi" saytının qurucusu Raif Bədəvi din xadimlərinin və dini polisin tənqidinə görə həbs edilib. Bloqçunu həmçinin İslamı təhqir etməkdə, kibercinayətlərdə və atasına tabe olmamaqda günahlandırıblar. Hazırda Bədəvi 10 illik həbs cəzasına məhkum edilib.