CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

PA rəsmisi: "Azərbaycanda güclü media strukturları yaradılır"

SputnikPro: Rusiyalı mütəxəssislər Azərbaycan jurnalistləri ilə təcrübələrini bölüşüblər
Sputnik

BAKI, 6 sentyabr — Sputnik. Jurnalistlər, mediamenecerlər və fotomüxbirlər üçün "SputnikPro" təlim proqramına sentyabrın 6-da Bakıda start verilib. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan layihə çərçivəsində Rusiyanın aparıcı media menecerləri azərbaycanlı həmkarları üçün master-klass keçiblər.

Sputnik Azərbaycan-ın əməkdaşı Emin Ağalarovun filmində çəkilib - VİDEO

Proqramın fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev qeyd edib ki, bu gün Azərbaycanda güclü media strukturlarının yaradılması siyasəti həyata keçirilir. Əliyevin sözlərinə görə, Rusiyanın media sahəsinin aparıcı nümayəndələrinin təcrübəsi Azərbaycan jurnalistikasına faydalı olacaq.

"İnformasiya təhlükəsizliyinin təmin olunması məsələsi istənilən dövlət üçün vacibdir. Biz bu gün güclü kütləvi informasiya vasitələrinin yaradılması siyasətini ona görə həyata keçiririk ki, ölkə mediası yüksək səviyyəyə çıxa bilsin və Azərbaycan həqiqətlərini çatdırmaq imkanı olsun. Rusiyalı həmkarların və dostların öz təcrübələrini bizimlə bölüşməsindən məmnunuq və bu, bizim üçün faydalı olacaq" — deyə PA rəsmisi vurğulayıb.

O, həmçinin "SputnikPro" layihəsinin bundan sonra da davam etdiriləcəyinə ümid etdiyini və Azərbaycan tərəfinin onu dəstəkləməyə hazır olduğunu bildirib.

"Russia Today" BİA-nın baş redaktorunun müavini Natalya Loseva da öz növbəsində bildirib ki, informasiya təhlükəsizliyinin təmin olunması vacib məsələdir. O, həmçinin Azərbaycanın KİV-in inkişafının zəruri olduğunu başa düşən ölkələrdən biri olduğunu vurğulayıb.

Sputnik Azərbaycan jurnalistikamızın banisini yad edib

Natalya Loseva "Mediada qlobal trendlər" mövzusunda master-klass keçib. O, informasiyaların yayılmasında və qəbulunda mobil platformaların böyük rolu, KİV-in işinin müasir reallıqlara uyğunlaşdırılması zərurəti barədə danışıb.

Losevanın sözlərinə görə, auditoriyanın diqqətini cəlb etmək və saxlamaq üçün məzmun yaradarkən müxtəlif yeni texnologiyalar tətbiq etmək lazımdır.

Layihə çərçivəsində "Düz sizə doğru! Müasir multimedia agentliyinin texnologiyası layvstriminqin (canlı on-line yayımların) əlçatan sərhədlərini necə genişləndirir" və "Qaynar nöqtələrdə jurnalist işi" mövzularında da master-klasslar keçiriləcək.