BAKI, 5 sentyabr — Sputnik. WhatsApp-la göndərilən şəkillər və sənədlərin təhlükədə olduğu müəyyən edilib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, bəzi hakerlər məşhur messencer proqramı Viberə bənzəyən casus proqramları yayırlar. Bu proqramlar vasitəsilə WhatsApp-dan şəkil və sənədləri oğurlamaq mümkün olur. Proqramların təhlükəli olması barədə ESET şirkəti xəbərdarlıq edib.
Yalançı Viber Android bazalarına hücum edir. Onu ESET şirkətinin təhlükəsizlik mütəxəssisi Lukas Stefanko Google Play tətbiqlər mağazasını təqlidi olan sayt vasitəsilə aşkar edib.
Saxta qaynağı "redaktorun seçimi" işarəsi məsləhət görür. Qeyd olunur ki, saxta Viberi 500 milyondan çox istifadəçi yükləyib. Ona orta olaraq 4,3 qiymət verilib.
Proqram smartfon və ya planşetlərə yüklənməsi zamanı istifadəçidən zənglərə, mesajlara, audio fayların yazılmasına və SD kartla olan əməliyyatlara giriş icazəsi tələb edir.
Bu şəkildə bu proqram WhatsApp və WeChat proqramlarında sizin media faylarınızı, sənədlərinizi, göndərilən məlumatları, şəkil və cihazın yaddaşına yüklənən bütün materialları oğurlaya və zəngləri qeydə ala bilər.
Təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, məşhur proqramları ancaq Google Play proqramından yükləmək lazımdır.