Donald Tramp Azərbaycanla bağlı qərarını verdi

Tramp ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə öz namizədini irəli sürüb
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə öz namizədini irəli sürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib.

Tramp bu vəzifəyə Örl Litzenberger (Earl D.Litzenberger) adlı diplomatın namizədliyini irəli sürüb. Həmin şəxsin əvvəllər ABŞ-ın Serbiya və Qırğızıstanda diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışdığı bildirilir.