Təcili yardım həkimi gecikdi, özü xəstəxanalıq oldu

Maraqlıdır ki, tibb işçilərini bıçaqlayan şəxsin adı bilinmir
Sputnik

BAKI, 5 sentyabr — Sputnik.  Türkiyədə xəstənin çağırışına gedən təcili yardım əməkdaşları özləri xəstəxanaya düşüblər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karakörpüdə yaşayan vətəndaş yüksək təzyiq səbəbindən təcili yardım çağırıb. Amma hansısa səbəbdən, təcili yardım çağırış yerinə bir qədər gec gəlib. Bu zaman təcili yardım maşınını qarşılayan xəstənin qohumlarından biri həkim və tibb bacısı ilə mübahisə edərək, onları bıçaqlayıb.

Mübahisə zamanı xəstənin qohumu həkim Hüseyin Yıldırımı ayağından, tibb bacısı Neslihan Çemeni isə biləyindən yaralayıb. Hadisə yerinə polis və başqa bir təcili yardım briqadası gəlib.

Hazırda tibb işçilərinin səhhəti yaxşıdır. Polis onları bıçaqlayan şəxsin axtarışına başlayıb.

Maraqlıdır ki, tibb işçilərini bıçaqlayan şəxsin adı bilinmir.