Türkiyə narahatlığını Rusiyaya çatdırdı

Suriya məsələsi ilə bağlı işçi qrupların birgə fəaliyyətinin davam edəcəyi açıqlanıb
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Türkiyə-Rusiya işçi qrupları arasında Suriyadakı hadisələr və regional təhlükəsizlik məsələləri ilə bağlı sonuncu müzakirə avqustun 31-dən sentyabrın 4-dək Ankarada keçirilib. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Suriya məsələsi ilə bağlı işçi qrupların birgə fəaliyyətinin davam edəcəyi açıqlanıb.

Qeyd edək ki, günlərdir müzakirə edilən İdlib əməliyyatı dünəndən başlayıb. Rusiya qırıcıları müxalif qüvvələrin fəaliyyət göstərdiyi yerlərə zərbələr endirir. Quru əməliyyatı üçün isə diqqətlər sentyabrın 7-də keçiriləcək Rusiya-Türkiyə-İran zirvə görüşünə yönəlib.

Dəməşq rejimi, Rusiya və İranın dəstəyi ilə İdlib əməliyyatı üçün son hazırlıqlarını aparır. İdliblə bağlı Ankara tərəfindən Moskva və Tehrana üç təklif verilib və Rusiya tərəfi bunu dəyərləndirərək cavablandıracağını açıqlayıb. 7 sentyabrda Tehranda keçiriləcək İdlib sammitində də bu üç təklif müzakirə ediləcək.