BAKI, 5 sentyabr — Sputnik. Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayonun 1988-ci il təvəllüdlü Şıxsalahlı kənd sakini Paşayev Xəyal İmran oğlu sözügedən kənddə yolu keçərkən onu maşın vurub.
Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.