Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başlayıb

Azərbaycan Prezidentini Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

“Franyo Tucman” aeroportunda Azərbaycan Prezidentini Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.