Zəlzələ növbəti dəfə Lənkəranı silkələdi: Sakinlər təlaş içindədir

Bu gün yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran şəhəri ərazisində zəlzələ qeydə alınıb.
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Bu gün yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə, Lənkəran şəhəri ərazisində zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yer silkələnməsi zəif hiss olunsa da, sakinlərin təlaşına səbəb olub. Onlar bir müddət həyət və küçələrə çıxaraq nə baş verdiyini müəyyənləşdirməyə çalışıblar.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi hadisəni təsdiqləyib.

Qurumun saytında bildirilir ki, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 16 km olub.