Kim Çen İn yoxa çıxıb

O, keçmiş müdafiə naziri Kim En Çxunun dəfn mərasimində də iştirak etməyib
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Kim Çen İn sirli şəkildə yoxa çıxıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Şimali Koreya lideri avqustun 21-dən yoxa çıxıb.

Məlumata görə, iyuldan avqusta kimi Kim Çen İn 30 iaşə obyektini ziyarət edib. Sonuncu dəfə ölkə başçısının fəaliyyəti iki həftə əvvəl KİV-də işıqlandırılıb. Həmin vaxt o, tibbi avadanlıqlar fabriki ziyarət edib. Bundan sonra onu görən olmayıb. Lider hətta keçmiş müdafiə naziri Kim En Çxunun dəfn mərasimində də iştirak etməyib.

Kim Çen İn gizli məktub yazdı: Trampdan sonra bu dəfə Putinə

Qeyd edək ki, sentyabrın 9-da Şimali Koreyanın yaranmasnın 70-ci ildönümüdür.

Jurnalistlər hesab edir ki, ölkə başçısı Amerika ilə danışıqlarda heç bir irəliləyiş olmadığı üçün kölgəyə çəkildiyindən Seul və Pxenyanın xüsusi təmsilçiləri ilə planlaşdırılmış görüşün taleyi sual altındadır.

Xatırladaq ki, avqustun sonunda ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeodan xahiş edib ki, Şimali Koreyaya səfərini təxirə salsın. Onun fikrincə, Koreya yarımadasının nüvə silahından imtinası prosesinin inkişafı yetərli deyil. Bununla yanaşı o, qeyd edib ki, Koreya liderinə o hörmət edir və onunla yenidən görüşəcəyinə ümidlidir. Tramp həmçinin qeyd edib ki, Çin Pekin və Vaşinqton arasında olan ticarət müharibəsinə görə, Koreya yarımadasındakı prosesə az kömək etmir.