BAKI, 5 sentyabr — Sputnik. Ağstafa rayonunun Kolxəlfəli kəndində ümumi sahəsi 600 m2 olan inzibati binanın çardağının yanar konstruksiyaları 130 m2 sahədə, 1 otağın yanar konstruksiyaları və içərisindəki olan əşyalar 20 m2 sahədə yanıb.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.