Bir qarın yemək yedi, qolunu kəsdilər

71 yaşlı kiçi Vibrio Vulnificus adlı bakteriyaya yoluxub
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Cənubi Koreyada inanılmaz faciə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı kişi restoranda suşi  yeyib. Yemək yeyəndən sonra kişinin halı pisləşib, bir neçə saat sonra sol ovucu şişməyə başlayıb.

Məlum olub ki, 71 yaşlı kişi çiy balıqda olan Vibrio Vulnificus adlı bakteriyaya yoluxub. Həkimlər ilkin tibbi yardım göstərərək, çirki təmizləyiblər və ona antibiotik təyin ediblər.

Amma zəhərlənmədən 25 gün sonra xəstənin vəziyyəti ağırlaşıb. Həkimlər onun qol hüceyrələrinin öldüyünü müəyyən edərək, qolunu çiynindən amputasiya ediblər.

Qeyd edək ki, Vibrio Vulnificus ölümcül xəstəliklərə səbəb olan bakteriyadır. Bu bakteriya insan orqanizminə çiy dəniz məhsulları yeyərkən və ya açıq yaranın dəniz suyu ilə təmasda olduğu zaman düşə bilər.