BAKI, 4 sentyabr — Sputnik. Sent-Luisdəki Vaşinqton universitetinin alimlərinin birgə işi maraqlı nəticəyə səbəb olub.
Sputnik AzərbaycanRusiya mətbuatına istinadən xəbər verir ki, qənddən istifadə zamanı qaraciyərə müsbət təsir göstərir və bu zaman şəkərli diabet xəstəliyinin yaranmasının qarşısını alır.
Qeyd edək ki, müsbət təsirə səbəb olan qəndin tərkibindəki treqaloza və ya mikoza adlı mürəkkəb maddələr karbohidratdır.
Alimlər araşdırmanı siçanlar üzərində aparıb.
Bu maddə qlükozanın qaraciyərə daxil olmasına imkan vermir. Nəticədə hüceyrələr qandakı qlükozanı udmağa başlayır, bunun isə şəkərli diabetin əmələ gəlməməsində rolu var.
Həmçinin, alimlər sübut edib ki, treqaloz kalorilərin yandırılmasını sürətləndirir, bədən istiliyini artırır, qanda xolesterinin və qaraciyərdə yağın azalmasına kömək edir.