BAKI, 4 sentyabr — Sputnik. 31.08.2018-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 503.5 milyon dollar təşkil edib.
Sputnik Azərbaycan quruma istinadla xəbər verir ki, bu, iyulun 31-i ilə müqayisədə 43,4 milyon dollar və yaxud 0,8 faiz azdır.
İyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 546.9 milyon dollar təşkil edib.
Amma Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 168,9 milyon dollar və yaxud 3,2 faiz artıb.