BAKI, 3 sentyabr — Sputnik. İranda bir evdə 3 min əqrəb aşkar edilib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, İranın Məşhəd şəhərində bir evdən aşkar edilən əqrəblərin zəhərinin satıldığı müəyyən edilib.
Xorasan Rezevi əyalətinin Ərazi qoruma İdarəsindən Əbülfəzl Şabani Məhşəd şəhərində qanundan kənar əqrəb təsərrüfatı quran şəxsin evin basqın edildiyiniq eyd edib. Onun sözlərinə görə, əməliyyat bir həftə davam edən araşdırmadan sonra baş tutub.
Şabani qeyd edib ki, qanunsuz olaraq əqrəb təsərrüfatı yaratmaq ərazi üçün təhlükə mənbəyidir.
Xatırladaq ki, bir müddət əvvəl bir evdə 12 min əqrəb aşkar edilmişdi. Məlumata görə, əqrəb zəhərinin 1 qramı 8-10 dollara satılır.